...

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun ikinci yarış günü başlayıb (FOTO)

İdman Materials 27 Aprel 2019 12:48 (UTC +04:00)
Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun ikinci yarış gününə start verilib.
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun ikinci yarış günü başlayıb (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun ikinci yarış gününə start verilib.

Trend-in məlumatına görə, bu gün gürzlərlə və lentlə fərdi proqramda, həmçinin üç halqa və iki cüt gürzlə qrup hərəkətlərində təsnifat yarışları keçirilir. Eləcə də gün ərzində fərdi və qrup hərəkətləri üzrə çoxnövçülükdə qaliblər müəyyənləşəcək.

Bununla yanaşı, ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku təqdim olunacaq.

Aprelin 28-də həlledici final mərhələsinin qalibləri müəyyənləşəcək.

Ümumilikdə turnirdə 39 ölkədən ümumilikdə 200-dən çox gimnast mübarizə aparır.

Azərbaycanı Dünya Kubokunda fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, həmçinin qrup hərəkətləri komandasının tərkibində Ayna Cəfərova, Simara Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Sona Rəhmanova təmsil edirlər.

Ötən gün Z.Ağamirova halqa ilə hərəkətlərdə 19.800 xal toplayaraq həmin alət üzrə final mərhələsinə vəsiqə qazanıb.

FOTO - Ceyhun Ələkbərov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti