• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • İdman

Ümummilli lider Heydər Əliyevin 96 illiyi münasibətilə yelkənli qayıq yarışı keçiriləcək

6 May 2019 15:58 (UTC+04:00)
  • 0
  • 0

Bakı. Trend:

Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən idman siyasəti, bu sahədə qazanılan nailiyyətlər sayəsində ölkəmiz beynəlxalq səviyyədə nüfuzlu dövlətlərdən biri kimi qəbul olunur.

Yelkənli İdman Federasiyasından Trend-ə verilən məlumata görə, dövlətimizin diqqət və qayğısı ilə əhatə olunan idmançılarımız da bu etimadı layiqincə doğruldurlar.

Elə bir mötəbər yarış yoxdur ki, orada ölkəmizi təmsil etməsinlər, medal və mükafatlar qazanmasınlar. Bu həm də müstəqil Azərbaycan dövlətinin gücünü, idmançılarının vətənpərvərliyini göstərir. Sevindirici və qürurverici haldır ki, beynəlxalq yarışlarda uğur qazanan, Azərbaycanı layiqincə təmsil edən idmançılar sırasında yelkənçilər də var.

Azərbaycanda idmanın inkişafında danılmaz rolu olan, gələcək nəsillərin sağlam ruhda böyüməsi üçün hər zaman səylərini səfərbər edən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Azərbaycan Yelkənli İdman Federasiyasının (AYİF/SFA) və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO)-nin birgə təşkilatçılığı ilə 9 – 11 may tarixlərində Bakı buxtasında Yelkənli Qayıq Yarışı (“Baku Sailing Regatta-2019”) keçiriləcək.

Regattanın ilk mərhələsi 9 may 2019-cu ildə saat 11:00-da Dənizkənarı Milli Parkda (Yaxt klub ərazisində) baş tutacaq. Həmin gün yelkənçilərin yarışına start veriləcək. Ümumilikdə 30 yelkənçinin iştirak edəcəyi yarışda idmançılar dörd sinif (“Optimist”, “Laser-standard”, “Laser 4.7” “Laser-radial”) üzrə mübarizə aparacaqlar.

Yarışa mayın 11 – i yekun vurulacaq. Final günündə yarışın qaliblərinin mükafatlandırılması ilə yanaşı, Dənizkənarı Milli Parkda müxtəlif əyləncəli proqramlar, oyunlar və viktorinalar da təşkil olunacaq.

Dənizkənarı Milli Parka bayram əhval ruhiyyəsi gətirəcək Yelkənli Qayıq Yarışı (“Baku Sailing Regatta-2019”) əylənmək, yarışı izləmək, yelkənli qayıq idman növü ilə yaxından tanış olmaq üçün əsl fürsət olacaq.

Hər birinizi Baku Sailing Regatta-2019-da gözləyirik. Giriş sərbəstdir.

Xatirladaq ki, Yelkənli Qayıq Yarışı (“Baku Sailing Regatta) ikinci ildir ki, təşkil olunur. Ötən il keçirilən Regatta həm paytaxt sakinlərinin, həm də turistlərin böyük marağına səbəb olmuşdu.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Ümummilli lider Heydər Əliyevin 96 illiyi münasibətilə yelkənli qayıq yarışı keçiriləcək
  • Ümummilli lider Heydər Əliyevin 96 illiyi münasibətilə yelkənli qayıq yarışı keçiriləcək
  • Ümummilli lider Heydər Əliyevin 96 illiyi münasibətilə yelkənli qayıq yarışı keçiriləcək
  • Ümummilli lider Heydər Əliyevin 96 illiyi münasibətilə yelkənli qayıq yarışı keçiriləcək
  • Məqalədə:
  • Yelkənli İdman Federasiyası
Digər xəbərlər
Yelkənli İdman Federasiyası "Federasiya Kuboku 2019” yarışlarının qaliblərini mükafatlandırıb (FOTO)
İdman 16 Sentyabr 10:19
Yelkənli İdman Federasiyasının reallaşdırdığı Optimist sinfi üzrə “Yay məktəbi 2019” layihəsinin 1-ci dövrü davam edir (FOTO)
İdman 9 İyul 17:06
Yelkənli İdman Federasiyası “Yay məktəbi 2019” layihəsinə start verib
İdman 20 İyun 17:15
Yelkənçilərimizin Fransada keçirləcək Avropa çempionatına hazırlıqlarına start verilib (FOTO)
İdman 31 May 21:55
Yelkənçilərimiz Fransada keçiriləcək Avropa çempionatına hazırlaşır (FOTO)
İdman 24 May 09:18
Heydər Əliyevin 96-cı ildönümü münasibətilə Yelkənli Qayıq Yarışı keçirilib (FOTOREPORTAJ)
Cəmiyyət 11 May 16:47
Xəbər lenti
Kapital Bank yenilənən Cəlilabad filialını istifadəyə verib
İqtisadiyyat 20:23
Bir gündə 650 min ağac əkək: Tovuzlular xeyirxah təşəbbüsə həvəslə qoşulublar (FOTO)
Cəmiyyət 20:15
Birlik sədri: 650 min ağacın əkilməsi yaşıllıqların sahəsinin əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq
Cəmiyyət 20:08
Bakıda 54 yaşlı kişini maşın vurub qaçdı
Hadisə 20:01
Balakəndə Eldar şamı, Xan çinarı və digər növ ağac tingləri əkilib (FOTO)
Cəmiyyət 19:55
Gömrük Akademiyası da ağacəkmə kampaniyasına qoşulub (FOTO)
Cəmiyyət 19:47
Sosial xidmət layihələrində 1600-ə yaxın şəxs çalışır
Cəmiyyət 19:39
“Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində Murad Arifin “Tufan“ adlı solo konserti keçirilib (FOTO)
Cəmiyyət 19:31
Neftçilər “Bir gündə 650 min ağac əkək” kampaniyasında iştirak ediblər (VİDEO)
Cəmiyyət 19:22
Ən çox oxunanlar
Gömrük nəzarəti zamanı fiziki yoxlamalar minimuma endiriləcək - DGK sədri (FOTO)
Gömrük nəzarəti zamanı fiziki yoxlamalar minimuma endiriləcək - DGK sədri (FOTO)
Qətlə yetirilən FHN əməkdaşının atası: Oğlumu öldürən şəxsin biri məsuliyyətdən yayınıb
Bu gün əkilən ağacların sayı 650 mini keçib - ETSN
Ağacəkmə aksiyasında bu rayonlar fərqlənib
Nəzər nöqtəsi
650 min ağacın əkilməsi ekoloji təmizliyə, təbiətin yaşıllaşdırılmasına bir çağırışdır - Bəhruz Quliyev

650 min ağacın əkilməsi ekoloji təmizliyə, təbiətin yaşıllaşdırılmasına bir çağırışdır - Bəhruz Quliyev

Deputat: Parlament seçkilərinin keçirilməsi ölkədə aparılan uğurlu siyasətə xalq dəstəyinin bariz nümunəsi olacaq
Fikrət Sadıqov: Azərbaycan parlamentinə innovativ ideyalarla yeni gənc kadrlar lazımdır
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri