...

İtaliyalı gimnast: Azarkeşlərin dəstəyi çox kömək edir

İdman Materials 17 May 2019 16:19 (UTC +04:00)
İtaliyalı gimnast Milena Baldassarri topla hərəkətlərdə çıxışından razı qalıb
İtaliyalı gimnast: Azarkeşlərin dəstəyi çox kömək edir

Bakı. Cani Babayeva - Trend:

İtaliyalı gimnast Milena Baldassarri topla hərəkətlərdə çıxışından razı qalıb.

Bunu Trend-ə gimnast özü deyib.

İdmançı halqa ilə hərəkətlərdə səhv etdiyini, hətta aləti itirdiyini bildirib.

M.Baldassarri əlavə edib ki, Milli Gimnastika Arenasında tamaşaçılar öz dəstəyi ilə idmançılara çox kömək edir:

“Milli Gimnastika Arenası böyük və gözəldir. Tamaşaçılar da idmançılara dəstəyi ilə kömək göstərir”.

Qeyd edək ki, 16-19 may tarixlərində Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatı keçirilir.

Çempionatda fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.

Yarışların ilk günü gənclərdən ibarət qrup hərəkətləri komandalarının çıxışları ilə başlayıb. 17 may tarixində isə yalnız böyük gimnastlar xalça üzərində öz güclərini sınayacaqlar. Çempionatın 3-cü günü artıq komanda hesabında (böyük gimnastlar və gənc komandaların ortaq xalları əsasında) və qrup komandalarının çoxnövçülük yarışlarında qaliblərin adları açıqlanacaq. Və turnirin son günü ayrı-ayrı alətlər üzrə Avropanın ən yaxşı gimnastlarının adları məlum olacaq.

Çempionatda 35 ölkədən gimnastlar iştirak edir.

Azərbaycanı Avropa çempionatında yeniyetmələr arasında Nəzrin Cəfərzadə, Eleonora Yusifova, Ləman Əlimuradova, Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Selcan Hacızadə, Milana Əkbərovadan ibarət komanda təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti