...

Bakıda Avropa çempionatında 5 lentlə qrup hərəkətlərində finala yüksələn komandalar məlum olub

İdman Materials 18 May 2019 20:03 (UTC +04:00)
Bu gün Bakıda Milli Gimnastika Arenasında 5 lentlə qrup hərəkətlərində bədii gimnastika üzrə 35-ci Avropa çempionatının finalına yüksələn komandalar məlum olub
Bakıda Avropa çempionatında 5 lentlə qrup hərəkətlərində finala yüksələn komandalar məlum olub

Bakı. Cani Babayeva - Trend:

Bu gün Bakıda Milli Gimnastika Arenasında 5 lentlə qrup hərəkətlərində bədii gimnastika üzrə 35-ci Avropa çempionatının finalına yüksələn komandalar məlum olub.

Trend-in məlumatına görə, finala Rusiya (21.225 bal), İsrail (20.350 bal), Belarus (18.950 bal), Ukrayna (18.450 bal), İtaliya (18.300 bal), İsveçrə (17.400 bal), Litva (17.325 bal), İspaniya (17.300 bal) yüksəliblər.

Azərbaycan komandası 17.300 bal nəticə ilə 9-cu yeri tutub və finala yüksələ bilməyib.

Qeyd edək ki, Bakıda 16-19 may tarixlərində keçirilən bədii gimnastika üzrə Avropa Çempionatında fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.

Çempionatda 35 ölkədən gimnastlar iştirak edir.

Yarışda ölkəmizi fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, qrup hərəkətləri üzrə Ləman Əlimuradova, Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Selcan Hacızadə, Milana Əkbərovadan ibarət komanda təmsil edir.

Xəbər lenti

Xəbər lenti