...

Yunan-Roma güləşi yığmamız Avropa ikincisi oldu

İdman Materials 20 İyun 2019 00:45 (UTC +04:00)
İtaliyanın Faenza şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatında yunan-Roma güləş üzrə yarışa yekun vurulub
Yunan-Roma güləşi yığmamız Avropa ikincisi oldu

Bakı. Trend:

İtaliyanın Faenza şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatında yunan-Roma güləş üzrə yarışa yekun vurulub.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, qitə birinciliyində möhtəşəm çıxış edən yığmamız 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb və 135 xalla Avropa ikincisi olub. Komandamız yalnız 178 xalla Avropa çempionu olan Rusiyadan geri qalıb. Üçüncü yeri isə 117 xal toplayan Gürcüstan tutub.

Xatırladaq ki, millimizin tərkibində Fərid Sadıqlı (45 kq), Məlik Əliyev (48 kq) və Nihat Məmmədli (55 kq) Avropa çempionu olaraq İtaliyada himnimizi səsləndirib. Laçın Vəliyev (92 kq) gümüş, Xasay Həsənli (65 kq) ilə Allahverdi Əliyev (71 kq) isə bürünc medala sahib olub.

Xəbər lenti

Xəbər lenti