...

Azərbaycan boksçusu II Avropa Oyunlarının yarımfinalına vəsiqə qazanıb

İdman Materials 26 İyun 2019 19:22 (UTC +04:00)
Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında boks yarışları davam edir
Azərbaycan boksçusu II Avropa Oyunlarının yarımfinalına vəsiqə qazanıb

Bakı. Trend:

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında boks yarışları davam edir.

Trend-in məlumatına görə, bu gün “Uruçye Arena”da 1/4 final mərhələsinin döyüşləri keçirilir. Azərbaycan yığmasının boksçusu Lorenzo Sotomayor da növbəti döyüşünə çıxıb. 69 kq çəki dərəcəsində çıxış edən idmançımız Olimpiya mükafatçısı kosovolu Patriot Behrami ilə qarşılaşıb və rəqibinə 5:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. L.Sotomayor bununla da II Avropa Oyunlarının azı bürünc medalını təmin edib.

2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarının qalibi olan boksçumuz yarımfinalda Pat Makkormakla (Böyük Britaniya) görüşəcək. L.Sotomayorun növbəti döyüşü iyunun 28-də baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti