...

Bakıdakı Gimnastika Arenasının zalı çox təsir edici görünür - estoniyalı tamaşaçı

İdman Materials 22 Sentyabr 2019 03:01 (UTC +04:00)
Bakıdakı gimnastika arenası heyrətləndirici təəssürat yaradıb
Bakıdakı Gimnastika Arenasının zalı çox təsir edici görünür - estoniyalı tamaşaçı

Bakı. Cani Babayeva - Trend:

Bakıdakı gimnastika arenası heyrətləndirici təəssürat yaradıb.

Bunu Trend-ə Estoniyadan gələn bədii gimnastika üzrə 37-ci dünya çempionatının tamaşaçısı Olqa Tuboleva deyib.

O.Tuboleva vurğulayıb kı, yarışlar yüksək səviyyədə keçirilir:

Olga Tuboleva çempionata Estoniya komandasına azarkeşlik etmək, eləcə də digər görkəmli gimnastların çıxışlarını izləmək üçün gəldiyini qeyd edib:

"Rus gimnastlarının - Dina və Arina Averina, Ekaterina Seleznyovanın gözəl çıxışlarından zövq aldıq, bütün bunlar qızım üçün çox maraqlı idi. Onun üçün bu, heyrətamiz bir motivasiyadır, çünki o özü də gimnastdır və yaxından ən yaxşı idmançıları izləyə bilib".

Olga Tuboleva əlavə edib ki, Bakı onda böyük təəssürat yaratdı:

"Gözəl bir şəhər - çox gözəl, təmiz, yaşıl. Tarixi memarlıq abidələrinizə belə qayğı ilə yanaşmağınız çox xoşdur".

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı sentyabrın 16-da başlayıb və sentyabrın 22-dək davam edəcək. 61 ölkədən 300-dən artıq gimnast, çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Bakıda keçirilən möhtəşəm dünya çempionatının şüarı: "Nağıllar həyatda gerçəkləşəcək"dir ("Fairy Tales will come to life").

Məqalədə:
Xəbər lenti

Xəbər lenti