...

"Qarabağ"ın rəsmisinə beynəlxalq təşkilatda yüksək vəzifə verildi

İdman Materials 3 Oktyabr 2019 09:56 (UTC +04:00)
"Qarabağ" klubunun baş meneceri Avropa Klublar Assosiasiyasının (ECA) İşçi Qrupunun katibi seçilib.
"Qarabağ"ın rəsmisinə beynəlxalq təşkilatda yüksək vəzifə verildi

Bakı. Ceyhun Ələkbərov - Trend:

"Qarabağ" klubunun baş meneceri Asif Əsgərov Avropa Klublar Assosiasiyasının (ECA) İşçi Qrupunun katibi seçilib.

Trend-in məlumatına görə, bu barədə klubun rəsmi səhifəsində deyilir.

Qeyd olunur ki, baş menecer "Milan"ın prezidenti İvan Qazidisin rəhbərlik etdiyi qrupda 4 il xidmət göstərəcək. Asif Əsgərov bu qrupda "Tottenham", "Arsenal", "Ayaks", "Zalsburq", "Yuventus", "Barselona" və "Borussiya" (Dortmund) rəsmiləriylə birlikdə yer alıb.

Qeyd edək ki, A.Əsgərov iki il İşçi Qrupunun üzvü olub və bu hal Azərbaycan futbol tarixində ilk və yeganədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti