...

"Yuventus" mövsümdə ilk məğlubiyyətini alıb

İdman Materials 8 Dekabr 2019 04:14 (UTC +04:00)
Turinin "Yuventus" klubunun futbolçuları İtaliya çempionatının 15-ci turunda səfərdə "Latsio"ya 1:3 hesabı ilə məğlub oldularr
"Yuventus" mövsümdə ilk məğlubiyyətini alıb

Bakı. Trend:

Turinin "Yuventus" klubunun futbolçuları İtaliya çempionatının 15-ci turunda səfərdə "Latsio"ya 1:3 hesabı ilə məğlub oldular.

Trend-in məlumatına görə, "Latsio"nun heyətində qolları Luis Felipe (45 + 1-ci dəqiqə), Sergey Milinkoviç-Saviç (74-ci dəqiqı) və Felipe Kaysedo (90 + 5-ci dəqiqə) vurublar.

Qonaqların heyətində Kristiano Ronaldo fərqlənib (25-ci dəqiqə).

Beləliklə, "Yuventus" cari mövsümdəki bütün turnirlərdə ilk məğlubiyyətini alıb (15 qələbə və 4 heç-heçə).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti