...

Azərbaycan gimnastı Mənsum Səfərov: Məşqçi çıxışımın nəticəsindən məmnundur

İdman Materials 8 Mart 2020 18:13 (UTC +04:00)
Azərbaycan gimnastı Mənsum Səfərov: Məşqçi çıxışımın nəticəsindən məmnundur

Bakı. Cani Babayeva - Trend:

Bakıda Milli Gimnastika Arenasında keçirilən kişi idman gimnastikası üzrə birinci "AGF Junior Trophy" beynəlxalq turnirində sərbəst hərəkətlərdə və halqalarla hərəkətlərdə gümüş medallar qazanan Azərbaycan gimnastı Mənsum Səfərov yarışların nəticələrindən razı qalıb.

Bu barədə M.Səfərov Trend-ə açıqlamasında deyib.

Xatırladaq ki, gimnast, həmçinin komanda hesabında "AGF Junior Trophy" bürünc medalçısıdır.

M.Səfərov deyir: "Yarışlar çətin keçdi, güclü rəqiblər var idi, xüsusilə Ukraynadan, Türkiyədən gələn gimnastları, həmçinin Çin Taybeyini təmsil edən idmançıları vurğulamaq istərdim. Şadam ki, gümüş medallar qazana bildim. Ən əsası məşqçi mənim çıxışımın nəticəsindən məmnundur. Etiraf edirəm ki, "qızıl" medal qazanmaq istəyirdim, amma alınmadı, növbəti dəfə mütləq istəyimə nail olmağa çalışacağam".

Gimnast əlavə edib ki, doğma arenada çıxış etmək çox məsuliyyətlidir və tamaşaçılar öz dəstəkləri ilə gimnastlara çox kömək edirlər.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq kişi idman gimnastikası üzrə "1-ci AGF Junior Trophy" adlı beynəlxalq turnir təşkil edib. Milli Gimnastika Arenasında keçiriləcək yarışda gənclər yaş qrupuna daxil olan 2003-2006-cı il təvəllüdlü gimnastlar öz bacarıqlarını nümayiş etdiriblər.

"AGF Junior Trophy" 27-31 may tarixində elə Milli Gimnastika Arenasında təşkil ediləcək kişi idman gimnastikası üzrə Avropa Çempionatından öncə gənc gimnastlar üçün bir növ sınaq turniri rolunu oynayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti