...

Çempionlar Liqasının final mərhələsi Rusiyada keçirilə bilər

İdman Materials 4 İyun 2020 11:01 (UTC +04:00)
2019-20-ci il UEFA Çempionlar Liqasının final mərhələsi Rusiyada keçirilə bilər
Çempionlar Liqasının final mərhələsi Rusiyada keçirilə bilər

Bakı. Trend:

2019-20-ci il UEFA Çempionlar Liqasının final mərhələsi Rusiyada keçirilə bilər.

Trend-in məlumatına görə, koronavirus pandemiyası ilə əlaqədar 1/8 final mərhələsində yarımçıq qalmş turnirin qalan hissəsini bir ölkədə mini-turnir kimi keçirmək məzərdə tutulur.

UEFA bununla əlaqədar olaraq bəzi ölkələrə müraciət ünvanlayıb. Almaniya, Rusiya və Portuqaliya bu turniri qəbul etməyə razılıq verib. Oyunların 8-29 avqustda keçirilməsi nəzərdə tutulur.

Çempionlar Liqasının formatı və tarixi barədə yekun qərar UEFA-nın iyunun 17-də keçiriləcək İcraiyyə Komitəsinin iclasında qəbul olunacaq.

Xatırladaq ki, 2019-20-ci il UEFA Çempionlar Liqasının final matçı İstanbulda keçirilməli idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti