...

Yeniyetmələr arasında liqa oktyabrdan bərpa edilə bilər

İdman Materials 29 Avqust 2020 16:06 (UTC +04:00)
Yeniyetmələr arasında liqa oktyabrdan bərpa edilə bilər

Bakı. Trend:

Orta təhsil müəssisələrində əyani tədris prosesinin bərpası ilə bağlı Təhsil Nazirliyinin Nazirlər Kabineti yanında Operativ Qərargaha ünvanladığı təkliflər nəzərə alınaraq, AFFA-nın bayrağı altında keçirilən uşaq və yeniyetmə liqalarında yarışların oktyabr ayından etibarən start götürməsi planlaşdırılır.

AFFA-dan Trend-ə bildirilib ki, U-10, U-11, U-12, U-13 və U-14 liqalarının oktyabrın 3-də, U-15, U-16 və U-17 liqalarının isə oktyabrın 17-də başlanması nəzərdə tutulub.

Liqaların startı ilə əlaqədar yekun qərarların qəbul olunması zamanı Nazirlər Kabineti yanında Operativ Qərargahın orta məktəblərdə əyani təhsillə bağlı qərarları nəzərə alınacaq.

Əvvəlki illərdə qeyd olunan liqalarda çıxış etmiş komandalar qeydiyyata alınmaq üçün sentyabrın 1-dən etibarən AFFA-nın Qeydiyyat və Statistika şöbəsinə, liqalara yeni qoşulmaq istəyən komandalar isə Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsinə müraciət edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti