...

"İnter" son 4 ildə ilk dəfə "Yuventusu" məğlub etdi

İdman Materials 18 Yanvar 2021 03:58 (UTC +04:00)
"İnter" son 4 ildə ilk dəfə "Yuventusu" məğlub etdi

Bakı. Trend:

Bu gün İtalia A Seriyasının 18-ci turu çərçivəsində "İnter" "Yuventusu" qəbul edib.

Trend-in məlumatına görə, oyun meydan sahibinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda qolları Arturo Vidal (12-ci dəqiqə) və Nikolo Barella (52-ci dəqiqə) vurublar.

Beləliklə, 18 turdan sonra "İnter" 40 xalla turnir cədvəlinin ikinci pilləsində, 17 oyun keçirən "Yuventus" isə 33 xalla beşinci pillədə qərarlaşıb.

Qeyd edək ki, "İnter" 4 il idi "Yuventus"a qalib gələ bilmirdi. Sonuncu Milan təmsilçisi turinliləri 2016-cı ilin sentyabr ayının 18-də məğlub etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti