...

Qadın idman gimnastikası üzrə yığma komandaya yeni baş məşqçi təyin olundu

İdman Materials 21 Yanvar 2021 15:32 (UTC +04:00)
Qadın idman gimnastikası üzrə yığma komandaya yeni baş məşqçi təyin olundu

Bakı. Trend:

Azərbaycanın qadın idman gimnastikası üzrə yığma komandasına yeni baş məşqçi, Belarus mütəxəssisi Olqa Barkalava təyin olunub.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə məlumata görə, Olqa Barkalava 22 ildir ki, qadın idman gimnastikası üzrə məşqçilik fəaliyyəti ilə məşğul olur. Son 6 il ərzində Belarus millisinin məşqçisi kimi fəaliyyət göstərib.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə təyinatından sonra verdiyi müsahibəsində Olqa Barkalava öz təəssüratlarını bölüşmüşdür. “Yığma komandanın məşq etdiyi zalda oldum. Gimnastlarla tanış oldum. İdman gimnastikasının inkişafı üçün burada hər cür şərait var. Çox gözəl məşq zalıdır. Mənə göstərilən etimada görə çox minnətdaram və çalışacağam ki, Azərbaycanın qadın idman gimnastları Avropa və dünya arenasında güclü rəqabət aparmaq bacarığına malik olsunlar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti