...

Məhəmməd Əlini məğlub edən boks üzrə keçmiş dünya çempionu vəfat edib

İdman Materials 7 Fevral 2021 06:26 (UTC +04:00)
Məhəmməd Əlini məğlub edən boks üzrə keçmiş dünya çempionu vəfat edib

Bakı. Trend:

Dünya Boks Şurası (WBC) və Dünya Boks Assosiasiyası (WBA) üzrə super ağır çəkidə keçmiş dünya çempionu Amerikalı Leon Spinks 67 yaşında vəfat edib.

Trend-in məlumatına görə, bu barədə "BoxingScene" portalı xəbər verib.

L.Sprinksin ölüm səbəbi xərçəng olub, ona beş il əvvəl prostat xərçəngi diaqnozu qoyulub.

L.Spinks 1976 ilin Olimpiya çempionudur. Ona dünya şöhrətinə isə 1978-ci ilin fevralında Məhəmməd Əli üzərində qazandığı sensasiyalı qələbə ilə nail olub. 36 yaşlı Məhəmməd Əli karyerasını bu döyüşlə bitirməyi planlaşdırdı, asan bir qələbəyə hazırlaşıb və demək olar ki, məşq etməyib. Ancaq nəticədə peşəkar ringdəki yalnız səkkizinci döyüşü keçirən L.Spinks qalib gəldi.

Revanş üçün Məhəmməd Əli karyerasını bitirmək fikrindən döndü, yaxşı hazırlaşıb və eyni ilin sentyabr ayında hakimlərin yekdilliklə verdiyi qərarı ilə L.Spinks üzərində inamlı qələbə qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti