...

Bu gün "Qarabağ" Avropa Konfrans Liqasında pley-offa vəsiqəni təmin edə bilər

İdman Materials 4 Noyabr 2021 12:52 (UTC +04:00)
Bu gün "Qarabağ" Avropa Konfrans Liqasında pley-offa vəsiqəni təmin edə bilər

Bakı. Orxan Nəbiyev - Trend:

Bu gün "Qarabağ" futbol klubu UEFA Avropa Konfrans Liqasının qrup mərhələsinin dördüncü turunda Qazaxıstanın "Kayrat" klubu ilə görüşəcək.

Trend-in məlumatına görə, görüş Almatı şəhərində Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Ağdam təmsilçisi qalib gələcəyi təqdirdə iki tur əvvəldən pley-off mərhələsinə vəsiqəni təmin edə bilər.

Qeyd edək ki, iki klub arasında Bakıda keçirilmiş ilk görüş 2-1 hesabı ilə "Qarabağ"ın xeyrinə başa çatmışdı.

Hazırda "Qarabağ" 7 xal toplayaraq "Bazel"lə birgə H qrupuna liderlik edir. "Kayrat" və "Omoniya" (Kipr) 1 xal toplayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti