...

Hemilton Qətər Qran Prisinin qalibi olub

İdman Materials 21 Noyabr 2021 20:58 (UTC +04:00)
Hemilton Qətər Qran Prisinin qalibi olub

Bakı. Trend:

"Mercedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton "Formula 1" üzrə Qətər Qran Prisinin qalibi olub.

Trend-in məlumatına görə, yarışı ikinci yerdə "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen, çüncü yerdə isə "Alpine" komandasının ispaniyalı Fernando Alonso başa vurub.

Qeyd edək ki, "Formula 1"-in növbəti mərhələsi Səudiyyə Ərəbistanında keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti