...

Dünya Yaş Qrupları Yarışlarında iştirak etmək bizə gələcək üçün stimul və böyük təcrübədir - Kanadalı idmançılar

İdman Materials 4 Mart 2022 15:38 (UTC +04:00)
Dünya Yaş Qrupları Yarışlarında iştirak etmək bizə gələcək üçün stimul və böyük təcrübədir - Kanadalı idmançılar

Bakı. Cani Babayeva - Trend:

Bakıda keçirilən akrobatika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında iştirak etmək, bu cür yarış üçün Bakıya gəlmək bizə gələcək üçün stimul və böyük təcrübədir.

Bunu Trend-ə yarışların iştirakçıları, kanadalı gimnastlar Kristian Dayana və Emerson Vonq deyib.

"Bu gün biz ikinci çalışmamızı uğurla nümayiş etdirdik. Nəticə bizi sevindirdi. Yarışlar çox maraqlı keçir. Arenada gözəl şərait yaradılıb. Burada bir çox ölkələrdən idmançılar var. Təəssüf ki, digər komandlarla ünsiyyət üçün çox vaxtımız olmayıb. Komandamızda xoş mühit hökm sürür, hamı yaxşı nəticələrə köklənib, biz bir-birimizi dəstəkləyirik", - deyə gimnastlar bildirib.

Qeyd edək ki, martın 3-dən 6-dək Bakıda Akrobatika Gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları keçirilir.

Yarışda 24 ölkədən 438 gimnast iştirak edir.

Yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları, qadın qrupları balans, temp və qarışıq hərəkətlər proqramında qüvvələrini sınayacaqlar.

Yarışda Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli, Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam Xamidulindən ibarət qarışıq cütlük, Anahita Bashiri, Zəhra Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupu təmsil edir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti