...

Bakıda Dünya Kuboku: qarışıq cütlər, qadın və kişi qrupları arasında mükafatlandırma mərasimi keçirilib (FOTO)

İdman Materials 11 Mart 2022 20:18 (UTC +04:00)
Bakıda Dünya Kuboku: qarışıq cütlər, qadın və kişi qrupları arasında mükafatlandırma mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Bakıda Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatının qadın və kişi qrupları, o cümlədən kombinə edilmiş məşqlər proqramı üzrə qarışıq cütlüklər üzrə qaliblərinin və medalçılarının mükafatlandırılması mərasimi keçirilib.

Trend xəbər verir ki, qadınlardan ibarət qruplar arasında Belçikadan olan üçlük qızıl, Portuqaliyadan olan qadınlardan ibarət qrup gümüş, ABŞ təmsilçiləri isə bürünc medal qazanıblar.

Qarışıq cütlüklər arasında Bram Roetger və Helena Heyens (Belçika) fəxri kürsünün birinci pilləsinə qalxıb, Nataşa Hatçinson və Dilan Hauells (Böyük Britaniya) ikinci, Daniel Blintsov və Pia Şutze (Almaniya) üçüncü yerə çıxıblar.

Kişi qrupları arasında Böyük Britaniya komandası qızıl medal qazanıb, Belçika təmsilçiləri ikinci, İsrail komandası isə üçüncü yeri tutub.

Qeyd edək ki, martın 10-13-də Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə olaraq dünya çempionatı keçiriləcək. Yarışlarda 17 ölkədən 170 gimnast iştirak edəcək.

4 gün davam edəcək yarışlarda idmançılar qadın, kişi və qarışıq cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans, temp və qarışıq hərəkətlər üzrə çıxış edəcəklər.

Yarışda ölkəmizi gənclər arasında Avropa çempionları Daniel Abbasov və Murad Rəfiyev kişi cütlüyü tərkibində təmsil edir. Qarışıq cütlüklər tərkibində isə beynəlxalq turnirlərin qalibləri Sabir Ağayev və Mehriban Salamova, Avropa çempionatının gümüş və bürünc mükafatçıları Ağasif Rəhimov və Raziyə Seyidli mübarizə aparacaqlar.

Xatırladaq ki, 2018-ci ildə ölkəmiz ilk dəfə akrobatika gimnastikası üzrə Dünya kubokuna, bu il martın 3-dən 6-dək isə bu növ üzrə 12-ci Dünya Yaş Qrupları Yarışlarına ev sahibliyi edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti