...

İngiltərə Premyer Liqası: “Mançester Siti” səfərdə “Vest Hem”lə heç-heçə edib

İdman Materials 15 May 2022 19:26 (UTC +04:00)
İngiltərə Premyer Liqası: “Mançester Siti” səfərdə “Vest Hem”lə heç-heçə edib

Bakı. Trend:

İngiltərə Premyer Liqasının 37-ci turu çərçivəsində səfərdə "Mançester Siti" komandasının futbolçuları "Vest Hem"lə 2:2 hesablı heç-heçə edib.

Trend-in məlumatına görə, meydan sahiblərinin heyətində Carrod Bouen dubla imza atıb (24 və 45-ci dəqiqələr). Qonaqların heyətində Cek Qriliş (49) fərqlənib, "Vest Hem" müdafiəçisi Vladimir Tsoufala avtoqol (69) vurub.

Mançester klubu 37 oyundan sonra 90 xalla Premyer Liqanın turnir cədvəlinə başçılıq etməkdə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti