...

Bərdədə piyadanın ölümü ilə nəticələnən qəza baş verib

İdman Materials 10 İyun 2022 00:11 (UTC +04:00)
Bərdədə piyadanın ölümü ilə nəticələnən qəza baş verib
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bərdə. Trend:

Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, Ədalət Şahverdiyev idarə etdiyi vaz 21011 markalı avtomobil ilə yolu keçmək isdəyən piyadalar Rövşən Mirzəyev və Baloğlan Səfərlini vuraraq hadisə yerindən qaçıb. Hadisə nəticəsində R. Mirzəyev yerindəcə dünyasını dəyişib, B.Səfərli isə müxtəlif bədən xəsarətləri ilə Xəsdəxanaya yerləşdirilib.

Qeyd edək ki, Ə.Şahverdiyev polislər tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti