Bakı. Trend:
Fransanın "Pari Sen-Jermen" (PSJ) klubunun baş məşqçisi Maurisio Poçettino klubdan ayrılıb.
Trend-in məlumatına görə, bu barədə PSJ-nin açıqlamasında deyilir.
Qeyd edək ki, M.Poçettino 2021-ci ilin yanvarında kluba baş məşqçi təyin olunmuşdu. O, bu il Fransa çempionu adını qazanmışdı.
M.Poçettinonun əvəzinə Kristof Qaltye PSJ-nin yeni baş məşqçisi təyin olunub.