...

Holandın debüt qolu "Mançester Siti"yə qələbə qazandırıb

İdman Materials 24 İyul 2022 06:43 (UTC +04:00)
Holandın debüt qolu "Mançester Siti"yə qələbə qazandırıb

Bakı. Trend:

İngiltərənin "Mançester Siti" futbol klubu Qrin Beydə (Viskonsin ştatı, ABŞ) keçirilən yoldaşlıq görüşündə Almaniyanın "Bavariya" komandasını 1:0 hesabı ilə məğlub edib.

Trend-in məlumatına görə, qalib komandanın heyətində qolu Erlinq Holand (12-ci dəqiqə) vurub. Əlverişsiz hava şəraiti səbəbindən ilk hissədə görüş yarımçıq kəsilib, daha sonra komandalar meydana qayıdıb.

E.Holand "Mançester Siti"də ilk dəfə meydana çıxdı, o, fasilədə Julian Alvaresi ilə əvəz olundu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti