Konya. Trend:
Azərbaycan taekvondoçusu V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.
Trend-in məlumatına görə, Patimat Abakarova türkiyəli idmançıya 2:0 hesabı ilə uduzub.
O, bundan əvvəl nigeriyalı rəqibi Farida Saumana nokautla qalib gəlmişdi.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Yarışlar avqustun 18-dək davam edəcək.
Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.
Bu gün Azərbaycan idmançılarının hesabında bir “qızıl”, bir “gümüş” və iki “bürünc” medalı var.