...

“Nant” - “Qarabağ” matçının biletləri satışa çıxarılıb

İdman Materials 30 Sentyabr 2022 03:58 (UTC +04:00)
“Nant” - “Qarabağ” matçının biletləri satışa çıxarılıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Fransanın “Nant” klubunun UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində Ağdamın “Qarabağ” komandasına qarşı keçirəcəyi oyun üçün biletləri satışa çıxarıb.

Trend xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Oyuna ən ucuz biletin qiyməti 36, ən bahalısının isə 75 avro təşkil edir.

Oktyabrın 27-də “Stad de la Bojuar” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Komandalar arasında Bakıdakı oynanılan matçda Ağdam təmsilçisi 3:0 hesablı qələbə qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti