...

Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün iki oyun keçiriləcək

İdman Materials 28 Noyabr 2022 05:28 (UTC +04:00)
Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün iki oyun keçiriləcək

Bakı. Trend:

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun oyunları davam edir.

Trend xəbər verir ki, bu gün iki qarşılaşma keçiriləcək. Belə ki, əvvəlcə “Şamaxı” “Kəpəz”i qəbul edəcək. Şamaxı şəhər stadionunda saat 14:00-da başlayacaq qarşılaşmanı hakimlər Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov idarə edəcəklər.

Günün növbəti oyununda “Qarabağ” “Zirə” ilə görüşəcək. “Azersun Arena”da saat 19:00-da start götürəcək oyunun hakimləri Rauf Allahverdiyev, Rəhman İmami, Cəmil Quliyev, Əkbər Əhmədov olacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti