...

Səfir Sankt Moritzdə qar polosu üzrə dünya kuboku çərçivəsində Azərbaycan pavilyonunu ziyarət edib (FOTO)

İdman Materials 30 Yanvar 2023 14:21 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanın füsunkar mədəniyyəti, incəsənəti və musiqisinin heyrətamiz rəngarəngliyi qar polosu üzrə dünya kubokunun minlərlə ziyarətçisinin diqqətini cəlb edib.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov İsveçrənin Sankt Moritz şəhərində keçirilən qar polosu üzrə 38-ci dünya kuboku çərçivəsində Heydər Əliyev Fondunun təşkil etdiyi Azərbaycan pavilyonunu ziyarət etdikdən sonra öz Tvitter hesabında deyib.

"Sankt Moritzdə Heydər Əliyev Fondunun təşkil etdiyi Azərbaycan pavilyonunu ziyarət etdim. Azərbaycanın füsunkar mədəniyyəti, mətbəxi və musiqisi qar polosu üzrə dünya kubokunun minlərlə ziyarətçisinin diqqətini özünə cəlb edib. Qonaqların təbəssümləri və xoş əhvalı bizim doğru yolda olduğumuza dair inamımızı daha da gücləndirdi. Bununla fəxr edirəm!", - səfir yazıb.

Xatırladaq ki, yanvarın 27-də başlamış dünya kubokunda ölkəmizi Azərbaycan Atçılıq Assosiasiyasının "Land of Fire" komandası təmsil edir. Komandamız birinci turda yarımfinala daxil oldu və öz qələbəsini Azərbaycanın İrandakı səfirliyinə terror hücumunun qarşısını alarkən şəhid olmuş baş leytenant Orxan Əsgərovun xatirəsinə həsr etdi.

Yanvarın 29-dək davam etmiş müsabiqə çərçivəsində Azərbaycan pavilyonunu ziyarət etmiş çoxsaylı qonaqlara Azərbaycanın tarixi, mədəniyyəti və zəngin turizm imkanları haqqında məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti