...

Formula 1 Azərbaycan Qran Prisini bu hissədən izləmək istəyənlər 10 min manat ödəyəcək

İdman Materials 10 Aprel 2023 12:55 (UTC +04:00)
Formula 1 Azərbaycan Qran Prisini bu hissədən izləmək istəyənlər 10 min manat ödəyəcək
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

28-30 aprel tarixlərində Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Prisinə bilet satışları davam edir.

Trend-in məlumatına görə, Qran Pri üçün ən ucuz bilet 40 AZN, ən bahalı bilet isə 870 AZN təşkil edilir. 40 AZN olan biletlər ayaqüstü zonada təklif edilir, lakin bu qiymətə olan biletlər artıq satılıb. Ayaqüstü zonada yalnız 80 AZN olan biletlər satışda mövcuddur.

Abşeron tribunasının B seksiyası, Filarmoniya tribunası, Sahil tribunası və Bulvar tribunasına biletlər tam satılıb.

Muğam, Abşeron, Azneft, Xəzər, İçərişəhər tribunalarında isə çox az biletlər qalıb.

Tribunalardan əlavə "Paddok Klub"da da bilet satışı həyata keçirilir. Yarışı "Paddok klub"dan izləmək istəyənlər biletə 10030 AZN ödəməlidirlər.

Formula 1 Azərbaycan Qran Prisinə ən çox bilet Niderland və Böyük Britaniyadan alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti