...

F1 komandalarının Bakıya gəliş vaxtı açıqlanıb (FOTO)

İdman Materials 18 Aprel 2023 11:20 (UTC +04:00)
F1 komandalarının Bakıya gəliş vaxtı açıqlanıb (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2023 Formula 1 Azərbaycan Qran Prisində iştirak edəcək komandalar yarış həftəsi Bakıya gələcək.

Bunu Trend-ə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuat katibi Turab Teymurov deyib.

O qeyd edib ki, hazırda “Paddok Klub”da və ətraf yarış obyektlərində iş gedir və bu işlər yarış həftəsinə qədər davam edəcək.

“Qran Prinin keçirilməsi üçün tam şərait var və öncəki illərdən də daha gözəl şəkildə keçiriləcək. Maraqlı proqramlar olacaq”, - deyə o qeyd edib.

Qeyd edək ki, 2023 Formula 1 Azərbaycan Qran Prisi 28-30 aprel tarixlərində baş tutacaq. Qran Pridə 10 komanda iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti