...

Formula 2 üzrə əsas yarışların qalibi müəyyən olub

İdman Materials 30 Aprel 2023 12:26 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün 2023 Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 üzrə əsas yarışlar keçirilib.

Trend-in məlumatına görə, bir saat davam edən yarış nəticəsində "Prema Racing"in pilotu Oliver Bearman qalib olub.

Əsas yarışda "Rodin Carlin"dən Enzo Fittipaldi ikinci, "Art Grand Prix"dən Teo Purşer isə üçüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, 28-30 aprel tarixlərində keçirilən Qran Prinin 1-ci günündə Formula 1 və Formula 2 komandalarının sərbəst yürüşləri və sıralama turu keçirilib.

Formula 1 sıralama yürüşündə "Ferrari" pilotu Şarl Lekler yarışın birincisi olub. "Red Bull"un pilotu Maks Ferstappen ikinci, "Ferrari”nin digər pilotu Serxio Peres isə üçüncü yerdə qərarlaşıb.

Formula 2 komandalarının sıralama yürüşündə isə Preme Racing” komandasının pilotu Oliver Berman qalib olub. 30 dəqiqə davam edən yürüşdə “Rodin Carlin” komandasının üzvü Enzo Fittipaldi ikinci, “ART Grand Prix”in pilotu Teo Purşer isə üçüncü yerdə qərarlaşıb.

Yarışın 2-ci günü, aprelin 29-da Formula 1 və Formula 2 komandalarımın qısa sprint yarışları baş tutub.

Formula 1 üzrə mövsümün ilk sprint yarışının qalibi "Red Bull" pilotu Serxio Peres qalib olub. "Ferrari"dən Şarl Lekler ikinci, Peresin komanda yoldaşı Ferstappen üçüncü yeri tutub.

Formula 2 komandalarının birinci sprint yarışının qalibi isə “Prema Racing"dən Oliver Bearman qalib olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti