...

“Qəbələ” klubu məşqçilər korpusu ilə müqaviləni yeniləyib

İdman Materials 13 İyun 2023 08:06 (UTC +04:00)

Bakı. Trend:

“Qəbələ” futbol klubu baş məşqçisi Elmar Baxşıyev və köməkçiləri ilə müqavilə müddətini uzadıb.

Trend-in məlumatına görə, 43 yaşlı mütəxəssis, həmçinin köməkçi məşqçilər Xaqani Məmmədov və Rasim Ramaldanov, qapıçı məşqçisi Vüqar Məmmədovla yeni anlaşma daha iki il müddətinə nəzərdə tutulub. Əvvəlki müqavilələri 2022-2023-cü il mövsümünün sonunda başa çatan məşqçilər korpusu daha iki mövsüm “qırmızı-qaralar”ı çalışdıracaq.

Xatırladaq ki, E.Baxşıyev 2019-cu ilin sentyabrından “Qəbələ”nin baş məşqçisidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti