...

Üzgüçülük üzrə milli komanda ilin sonunadək hansı yarışlarda iştirak edəcək?

İdman Materials 13 Sentyabr 2023 16:27 (UTC +04:00)
Üzgüçülük üzrə milli komanda ilin sonunadək hansı yarışlarda iştirak edəcək?

Bakı. Trend:

İlin sonuna kimi Azərbaycan Üzgüçülük Federasiyasının tədbirlər proqramına uyğun olaraq bir neçə yarışların keçirilməsi və milli komandanın beynəlxalq turnirlərdə iştirakı nəzərdə tutulur.

Bu barədə Trend-ə Azərbaycanın Üzgüçülük növü üzrə milli komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanov məlumat verib.

Onun sözlərinə görə, bu il 10-30 oktyabr tarixlərində Mingəçevir şəhərində Kür təlim-tədris mərkəzində təlim məşq toplanışında iştirak etməsi planlaşdırılır.

Noyabr ayının 10-15 tarixlərində isə Bakıda, Su İdman Sarayında Respublika Kuboku təşkil olunacaq ki, burada yarışlarda Üzgüçülük üzrə milli komandaya növbəti seçim reallaşdırılacaq.

Beynəlxalq yarışlara gəlincə isə milli komandanın üzgüçüləri oktyabr və noyabr aylarında Almaniyada, Qətərdə və Kanada da keçiriləcək Dunya kuboku mərhələrində öz güclərini sınayacaqlar.

Bundan başqa, üzgüçülərimizin dekabr ayında Rumıniyanın Buxarest şəhərində keçiriləcək üzgüçülük üzrə Avropa Çempionatında mübarizə aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti