Bakı. Trend:
UEFA Avropa Liqasının ilk turu çərçivəsində “Qarabağ” - “Molde” oyunu başa çatıb.
Trend-in məlumatına görə, oyun "Qarabağ" komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilib.
Ağdamlıların heyətində 57-ci dəqiqəsində Leandro Andrade fərqlənib.