...

Aerobika gimnastikası üzrə Azərbaycan yığmasının üzvləri Türkiyədə keçiriləcək Avropa çempionatında iştirak edəcək - Baş məşqçi

İdman Materials 1 Noyabr 2023 17:59 (UTC +04:00)
Aerobika gimnastikası üzrə Azərbaycan yığmasının üzvləri Türkiyədə keçiriləcək Avropa çempionatında iştirak edəcək - Baş məşqçi
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Aerobika gimnastikası üzrə Azərbaycan yığmasının üzvləri Türkiyədə keçiriləcək Avropa çempionatında iştirak edəcək.

Bu barədə Trend-ə aerobika gimnastikası üzrə Azərbaycan yığmasının baş məşqçisi Mariyan Kolev aerobika gimnastikası üzrə 7-ci Azərbaycan çempionatı və açıq Bakı birinciliyinin kuluarlarında deyib.

"17-19 noyabr tarixləri arasında aerobika gimnastikası üzrə Azərbaycan yığmasının üzvləri Türkiyənin Antalya şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcək. Avropa çempionatı bu ilin ən vacib yarışlarından biridir. Buna qədər Bolqarıstanda və Rumıniyada bir neçə mühüm startlarımız olub və azərbaycanlı idmançılar burada yaxşı nəticələr göstəriblər", - deyə o qeyd edib.

Mariyan Kolev bildirib ki, aerobika gimnastikası üzrə 7-ci Azərbaycan çempionatı və açıq Bakı birinciliyində "balacala", "uşaqlar", "yeniyetmələr", "gənclər" və "böyüklər" yaş kateqoriyalarında "110 idmançı iştirak edir.

Qeyd edək ki, Heydər Əliyev adına İdman-Konsert Kompleksində aerobika gimnastikası üzrə 7-ci Azərbaycan çempionatı və açıq Bakı birinciliyi, akrobatika gimnastikası üzrə 28-ci Azərbaycan çempionatı və Bakı birinciliyi keçirilir.

Yarışlar noyabrın 1-2 noyabr tarixlərində olmaqla 2 gün ərzində keçiriləcək.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti