Bakı. Trend:
Qadın futbolçulardan ibarət Azərbaycan millisi xəbər verdiyimiz kimi, UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.
Trend xəbər verir ki, C Liqasında yer alan milli komandamız 3-cü qrupun V turunda Kiprin qonağı olub.
Qarşılaşma yığmamızın qələbəsi ilə - 1:0 bitib. Millimizə qələbə qazandıran yeganə qolun müəllifi 9-cu dəqiqədə Diana Məmmədova olub.
Beləliklə, xallarının sayını 13-ə çatdıran millimiz qrup liderliyini təmin edib və B Liqasına yüksəlib. Qrupun digər görüşündə isə Monteneqro Farer adalarını darmadağın (9 cavabsız qolla) edib.