Bakı. Trend:
Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının yeni baş məşqçisi bəlli olub.
Federasiyadan Trend-ə verilən məlumata görə, milli komanda yenidən Faiq Qarayevə tapşırılıb.
O, daha əvvəl müxtəlif vaxtlarda da yığmaya rəhbərlik edib.
Qeyd edək ki, yığmada sonuncu dəfə bu vəzifəni türkiyəli Ataman Güneyligil icra edib. Avropa çempionatında uğursuz çıxış səbəbindən onunla sözləşmənin müddəti artırılmayıb.