...

Almaniyanı dünya çempionu edən futbolçu vəfat edib

İdman Materials 20 Fevral 2024 13:50 (UTC +04:00)

Bakı. Trend:

Almaniya millisinin veteran futbolçusu Andres Breme vəfat edib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, 64 yaşlı dünya çempionunun ürək tutmasından vəfat etdiyi bildirilir.

Lakin bu, hələlik təsdiqlənməyib.

Andres Almaniya millisinin heyətində 1990-cı ildə dünya çempionu olub. O, Argentina ilə finalda qələbə qolunun müəllifidir.

Breme futbolçu karyerasında Bundesliqada 301 oyun keçirib. Karyerasını bitirdikdən sonra onun qısa məşqçilik dönəmi olub.

Xəbər lenti

Xəbər lenti