...

Murad Musayevin “Krasnodar”ın baş məşqçisi postuna təyinatı rəsmiləşib

İdman Materials 14 Mart 2024 11:37 (UTC +04:00)

Bakı. Trend:

“Sabah”ın sabiq baş məşqçisi Murad Musayevin “Krasnodar”a qayıdışı rəsmiləşib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu Rusiya klubunun mətbuat xidməti açıqlayıb.

Premyer Liqa təmsilçisi 41 yaşlı mütəxəssislə mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalayıb. 2018-21-ci illərdə də bu klubu çalışdıran Musayev 3 ildən sonra sabiq komandasına qayıdıb.

Qeyd edək ki, mütəxəssis 2021-24-cü illərdə “Sabah”ın baş məşqçisi olub.

Xəbər lenti

Xəbər lenti