...

“Sumqayıt”ın məşqçisi cəzalandırılıb

İdman Materials 2 Aprel 2024 16:54 (UTC +04:00)
“Sumqayıt”ın məşqçisi cəzalandırılıb

Bakı. Trend:

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının XXVIII turunda baş verənlər müzakirə olunub.

“Səbail” – “Turan Tovuz” oyununda 4 futbolçusu sarı vərəqə alan qonaqlar 700 manat cərimə edilib. “Sumqayıt” – “Araz-Naxçıvan” matçında eyni sayda xəbərdarlıq alan meydan sahibləri də 700 manat ödəməli olacaq.

“Sumqayıt” məşqçisi Seymur Rəhimova görə də cəzalanıb. 90+2-ci dəqiqədə hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə alan çalışdırıcı 2 oyun cəzalanıb, klubu 1500 manat cərimə edilib.

Xəbər lenti

Xəbər lenti