...

Türkiyə Superliqası: “Beşiktaş” 3 oyundan sonra xal qazanıb

İdman Materials 5 Aprel 2024 00:39 (UTC +04:00)
Türkiyə Superliqası: “Beşiktaş” 3 oyundan sonra xal qazanıb

Bakı. Trend:

Türkiyə Superliqasında 31-ci tura yekun vurulub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, son 2 oyunda qalib müəyyənləşməyib.

“Beşiktaş” səfərdə “Başakşəhər”lə heç-heçə oynayıb. Qonaq komanda Kolleyin durduğu qolla uzun müddət hesabda öndə olub. Əsas vaxta əlavə olunmuş dəqiqələrdə meydan sahibləri bərabərlik topunu vurublar. Son 3 oyunda uduzan “qara qartallar” bu dəfə 1 xal qazanıb. Hesabında 47 xal olan İstanbul klubu 4-cü pillədə qərarlaşıb.

“Samsunspor” öz meydanında “Pendikspor”la xalları yarıya bölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti