...

“Neftçi”də dörd itki

İdman Materials 13 Aprel 2024 10:38 (UTC +04:00)

Bakı. Trend:

“Neftçi”nin zədəli futbolçularının durumuna aydınlıq gəlib.

Trend xəbər verir ki, klubun mətbuat xidmətindən İdman.biz-ə verilən məlumata görə, paytaxt təmsilçisi Azərbaycan Premyer Liqasının XXX turunun “Araz-Naxçıvan”la görüşünə 4 itki ilə çıxacaq.

Bərpa prosesi keçən Emil Balayevlə yanaşı, kəskin respirator virus infeksiyası diaqnozu ilə müalicə alan Ömər Buludov bu matçı buraxmalı olacaq. Dizindəki ağrılarla bağlı müalicəsi davam edən Aqil Məmmədov və fərdi olaraq hazırlıq keçən Ataa Caber də “Araz-Naxçıvan”la matçda meydanda ola bilməyəcək.

Qeyd edək ki, bu gün “Neftçi Arena”da keçiriləcək matç saat 19:00-da başlayacaq.

Xəbər lenti

Xəbər lenti