...

Hədəfim dördüncü dəfə Avropa çempionu olmaqdır - Hidayət Heydərov

İdman Materials 17 Aprel 2024 14:57 (UTC +04:00)
Hədəfim dördüncü dəfə Avropa çempionu olmaqdır - Hidayət Heydərov

Bakı. Trend:

Avropa çempionatına hazırlıqları davam edirik.

Trend istinadən xəbər verir ki, bunu İdman.biz-ə Azərbaycan millisinin cüdoçusu Hidayət Heydərov (73 kq) deyib.

O bildirib ki, Zaqrebdə keçiriləcək Avropa çempionatına tam hazır yollanacaq: “Gündə iki dəfə məşq edirəm. Həftədə isə bu say 10-a çatır. Həm fiziki, həm də taktiki cəhətdən tam yaxşı formada olmaq üçün səylə çalışırıq. Hər bir məşq mənim üçün önəmlidir”.

Heydərovun sözlərinə görə, bu il onun üçün əsas yarış Paris-2024 Yay Olimpiya Oyunları olsa da, Avropa çempionatı da vacibdir: “Əsas məqsədim Olimpiadadır. Ancaq bu yarışa da yaxşı hazırlaşmışam. Burada isə əsas hədəfim dördüncü dəfə Avropa çempionu olmaqdır. İnanıram ki, bu arzuma çatacam və bu titulu da qazanacam. Özümü bu yarış üçün tam formada hiss edirəm”.

3 qat Avropa çempionu yarışa gələcək hər bir rəqibinə hörmətlə yanaşdığını deyib: “Fikrimcə, birinci görüşdən sona kimi hər bir rəqib önəmldir. Çünki zəif rəqib yoxdur. Bu çəkidə lider olduğumdan hamı məni udmaq üçün hazırlaşır”.

Qeyd edək ki, Avropa çempionatı aprelin 25-27-də Xorvatiyanın paytaxtı Zaqrebdə baş tutacaq.

Xəbər lenti

Xəbər lenti