...

İngiltərə kubokunun reqlamentində dəyişiklik edilib

İdman Materials 18 Aprel 2024 19:02 (UTC +04:00)
İngiltərə kubokunun reqlamentində dəyişiklik edilib

Bakı. Trend:

İngiltərə kubokunun reqlamentində növbəti dəyişiklik edilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, növbəti mövsümdən heç-heçə başa çatan matçların təkrar keçirilməsi tamamilə ləğv ediləcək.

2018-ci ildə qəbul olunan qərarla ilk 4 mərhələdə təkrar oyunlar mümkün idi. 5-ci raunddan başlayaraq qalib təkrar matç keçirilmədən müəyyənləşməlidir.

Premyer Liqa və futbol assosiasiyası arasında bununla bağlı razılıq əldə olunub. Həm də finalın vaxtı razılaşdırılıb. Hər il kubokun finalı Premyer Liqada mövsümün sonuncudan əvvəlki həftəsonunda təşkil ediləcək.

Xəbər lenti

Xəbər lenti