...

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

İdman Materials 19 Aprel 2024 01:12 (UTC +04:00)
Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Bakı. Trend:

UEFA Avropa Liqasında yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub.

Trend-in məlumatına görə, İtaliya təmsilçisi "Atalanta" doğma meydanda İngiltərənin "Liverpul"una 0:1 hesabı ilə məğlub olsa da, ilk oyunda aldığı 3:0 hesablı üstünlüyə görə adını yarımfinala yazdırıb.

1/4 final mərhələsinin İtaliya duelində "Roma" və "Milan" komandaları üz-üzə gəliblər. İlk matçda rəqibinə 1:0 hesabı ilə qalib gələn "canavarlar" bu dəfə də üstün olaraq yarımfinala adlayıblar - 2:1.

Almaniya "Bayer"i İngiltərədə "Vest Hem"lə 1:1 hesablı heç-heçə etsə də, ilk görüşdə (2:0) qazandığı qələbə sayəsində 1/2 finala vəsiqə əldə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti