...

“Barselona”nın “Nou Kamp”a qayıdacağı tarix müəyyənləşdi

İdman Materials 19 Aprel 2024 13:48 (UTC +04:00)
“Barselona”nın “Nou Kamp”a qayıdacağı tarix müəyyənləşdi

Bakı. Trend:

“Barselona”nın “Nou Kamp” stadionuna qayıdacağı tarix müəyyənləşib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə qərarı İspaniya klubunun direktorlar şurası verib.

La Liqa təmsilçisi doğma arenasına dekabrın 15-də qayıdacaq. Amma stadionun tutumu 60 faizlə məhdudlaşacaq. Öncədən komandanın noyabrın 29-da, klubun 125 illiyində öz stadionuna qayıtması planlaşdırılırdı.

Qeyd edək ki, “Barselona” 2023-cü ildən ev matçlarını “Nou Kamp”dakı yenidənqurma işlərinə görə Olimpiya stadionunda keçirir.

Xəbər lenti

Xəbər lenti