...

Azərbaycanda mövsümün rekordu təkrarlanıb

İdman Materials 26 May 2024 09:30 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünün tamaşaçı rekordu təkrarlanıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu, XXXVI turun “Sumqayıt” – “Qəbələ” matçına təsadüf edib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı oyunu 9300 seyrçi izləyib. Bu, mövsümün ən yüksək göstəricisinin təkrarıdır. XXXII turun “Sumqayıt” – “Qarabağ” görüşündə də eyni sayda izləyici olub. Aprelin 28-də keçirilən görüş də eyni arenada baş tutub.

Qeyd edək ki, 9300 tamaşaçının olduğu hər iki qarşılaşmada meydan sahibləri 1:0 hesabı ilə qalib gəliblər.

Xəbər lenti

Xəbər lenti