...

Fransa millisinin sabiq futbolçusu “Şamaxı”da

İdman Materials 19 İyun 2024 12:29 (UTC +04:00)

Bakı. Trend:

"Şamaxı" yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Premyer Liqaya qayıdan bölgə təmsilçisi Brahim Konateni heyətinə qatıb.

Fransalı yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb.

Karyerasına Fransanın "Oser" klubunda başlayan Konate Fransa U-20 yığmasında da oynayıb. 28 yaşlı futbolçunun son klubu isə İsrailin "Hapoel Afula" olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti