...

Azərbaycan çempionatında liqaların başlama tarixləri açıqlanıb

İdman Materials 24 İyun 2024 12:07 (UTC +04:00)

Bakı. Trend:

Futbol üzrə Azərbaycan çempionatının I Liqa və II Liqanın başlama tarixləri bəlli olub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

II Liqa sentyabrın 1-də start götürəcək. I Liqa isə 10 gün sonra – 11 sentyabrda başlayacaq.

Qeyd edək ki, Premyer Liqaya avqustun 2-də start veriləcək.

Xəbər lenti

Xəbər lenti