...

Azərbaycan millisində problem məşqçidə deyil, futbolçulardadır - Fabio Luis Ramim

İdman Materials 24 İyun 2024 19:56 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan çempionatının bəzi oyunlarına baxıram. “Qarabağ” digərlər klublardan qat-qat üstündür.

Trend xəbər verir ki, bunu İdman.biz-ə Azərbaycan millisinin sabiq futbolçusu Fabio Luis Ramim deyib.

43 yaşlı braziliyalı mütəxəssis Azərbaycan millisinə Fernandu Santuşun baş məşqçi təyin olunmasına münasibət bildirib: “Fernandu Santuş çox təcrübəli məşqçidir. Məncə, problem məşqçidə deyil, futbolçulardadır. Güclü liqalarda top qovan oyunçularımız yoxdur. İşi bu çətinləşdirir. Ümid edirəm ki, o yaxşı iş görə bilər”.

Qeyd edək ki, Fernandu Santuşun Azərbaycan millisində müqaviləsi “3+1”dir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti