Bakı. Trend:
Yan Vertongen Belçika millisindəki karyerasını başa vurub.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu 37 yaşlı müdafiəçinin özü açıqlayıb.
O, yığma ilə vidalaşması barədə paylaşım edib: “Bu, mənim millidəki ilk və son oyunlarımdır. Bütün bu xatirələr üçün təşəkkür edirəm. Mən xəyalımı yaşadım”.
Qeyd edək ki, 2007-ci ildən Belçika millisində forma geyinən Vertongen 157 matça çıxdığı komandanın rekordçusudur.